Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan və Türkiyə dəmir yolları və infrastruktur sahəsində əməkdaşlıq əlaqələrini genişləndirəcək. Bu məqsədlə yaxın vaxtlarda "Azərbaycan Dəmir Yolları" QSC-nin nümayəndələri türkiyəli həmkarları ilə görüş keçirəcək.
"Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov bildirib.
İ.Hüseynov qeyd edib ki, görüşdə bir sıra regional layihələrin müzakirə edilməsi nəzərdə tutulub.