Azərbaycan və Rusiyanın dəmir yolu qurumları arasında ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub

Azərbaycan və Rusiyanın dəmir yolu qurumları arasında ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub Bakı. 8 avqust. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Rusiyanın nəqliyyat nazirinin müavini Alan Luşnikov ilə görüş keçirilib.
İnfrastruktur
8 Avqust , 2018 16:01
Azərbaycan və Rusiyanın dəmir yolu qurumları arasında ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub

Bakı. 8 avqust. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Rusiyanın nəqliyyat nazirinin müavini Alan Luşnikov ilə görüş keçirilib.

ADY-dən "Report"a verilən məlumata görə, qurumun sədri Cavid Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri və Bakı -Tbilisi - Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin perspektivlərindən danışan sədr bildirib ki, bu dəhlizlə bağlı işlərin birinci mərhələsi başa çatıb, dəhlizin Azərbaycan ərazisində olan hissəsi tam istismara hazırdır.

"Bu marşrut təkcə Azərbaycan, Rusiya və İran deyil, eləcə də ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artırmaq istəyən digər region dövlətlərinin də inkişafında əhəmiyyətli rol oynayacaq. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq", - deyə o qeyd edib. 

Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məsələləri mazakirə olunub.

A.Luşnikov "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib və bu marşruta yük axınının cəlb edilməsi üçün bütün imkanların səfərbər edilməsinin vacib olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi