Azərbaycan və Rusiya gömrükçüləri sərhəddəki vəziyyəti müzakirə edəcəklər

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddəki vəziyyəti müzakirə edəcəklər Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsinin nümayəndələri Rusiyanın Şimali Qafqaz Gömrük İdarəsinin rəhbərliyi ilə görüş keçirəcəklər.
İnfrastruktur
10 Noyabr , 2017 13:04
Azərbaycan və Rusiya gömrükçüləri sərhəddəki vəziyyəti müzakirə edəcəklər

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsinin nümayəndələri Rusiyanın Şimali Qafqaz Gömrük İdarəsinin rəhbərliyi ilə görüş keçirəcəklər.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, görüşün keçirilməsində məqsəd Azərbaycan-Rusiya sərhədində yaranan problemləri müzakirə etməkdir.

Bu günə planlaşdırılan görüşdə tərəflər sərhəddə bərabərhüquqlu ikitərəfli buraxılış sisteminin təşkili məsələlərini müzakirə edəcəklər.

Şimali Qafqaz Gömrük İdarəsindən bildiriblər ki, Rusiya-Azərbaycan sərhədində Yaraq-Qazmalar keçid məntəqəsində yaranmış vəziyyət haqqında məlumatın yoxlanılması zamanı mövsümi meyvə-tərəvəz idxalının artan intensivliyinin keçid məntəqəsində növbə yaratmadığı müəyyən olunub.

Xatırladaq ki, oktyabrın sonlarında Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən "Viaduk" gömrük terminalında yük maşını sürücülərinin təşkil etdiyi etiraz aksiyası ilə əlaqədar bir neçə kilometrlik növbə yaranmışdı.

Noyabrın 7-də Dağıstanın baş nazirinin müavini Ramazan Cəfərov sərhəddə vəziyyətin sabitləşdiyini, gömrük əməkdaşları tərəfindən əlavə pul alınması barədə məlumatın yoxlanıldığını bildirib.

Son xəbərlər

Orphus sistemi