Azərbaycan və Rusiya avtobus reyslərinin sayını 15-ə çatdıracaq

Azərbaycan və Rusiya avtobus reyslərinin sayını 15-ə çatdıracaq Bakı-Kazan avtobus marşrutu tezliklə bərpa olunacaq
İnfrastruktur
20 Oktyabr , 2016 13:40
Azərbaycan və Rusiya avtobus reyslərinin sayını 15-ə çatdıracaq

Bakı. 20 oktyabr. REPORT.AZ/ Rusiya ilə Azərbaycan arasında müntəzəm sərnişin avtobus reyslərinin sayı 15-ə çatdırılacaq. 

"Report"un məlumatına görə, bunu Bakıda keçirilən Rusiya-Azərbaycan Qarışıq Komissiyasının iclasında Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev bildirib: "Hazırda Bakı ilə Rusiyanın şəhərləri arasında 9 reys təşkil olunub. Sərnişin daşımalarının coğrafiyasının genişləndirilməsi tədbirləri çərçivəsində avtobus reyslərinin sayı 15-ə çatdırılacaq".

İclasda iştirak edən Rusiya Nəqliyyat Nazirliyi Avtomobil və şəhər nəqliyyatı sahəsi üzrə dövlət siyasəti Departamentinin direktoru Aleksey Bakirey isə bildirib ki, bu ilin sentyabrın 27-də Bakı-Kazan marşrutu ilə sərnişin daşınması xidmətlərinin göstərilməsinə dair icazənin müddəti bitib və böyük tələbat olan istiqamət üzrə sərnişin daşımalarının yenidən bərpası üçün icazə müddətinin tezliklə bərpasını təklif edib.

İclasın gedişi zamanı tərəflər iclasın yekun protokoluna təhlükəsizlik məqsədilə sərnişin dövriyyəsinin hesabatlılığının yeni formasının təsdiqi məsələsinin də salınmasına dair razılıq əldə ediblər.

Son xəbərlər

Orphus sistemi