Yuxarı

Azərbaycan və Rusiya arasında dəmir yolu ilə sərnişindaşıma artıb

​Azərbaycan və Rusiya arasında dəmir yolu üzrə sərnişindaşıma artıb

Cari ilin altı ayı ərzində (Yanvar-iyul aylarında) Azərbaycan və Rusiya arasında dəmir yolları üzrə sərnişin daşınmasında artım qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə "Rusiya Dəmir Yolları" ASC-nin törəmə şirkəti olan Federal Sərnişin Şirkəti (FSŞ) məlumat yayıb.

Bildirilir ki, 2019-cu ilin birinci yarım illiyi ərzində FSŞ qatarları ilə iki ölkə arasında sərnişin daşınmasında 1,3 faiz artım qeydə alınıb.

Bu göstərici Rusiya və Tacikistan arasında 3,4 faiz, Rusiya və Qazaxıstan arasında isə 3,2 faiz təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi