Azərbaycan və Qazaxıstan yeni konsorsium yaradır

Azərbaycan və Qazaxıstan yeni konsorsium yaradır Bu, Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumu olacaq
İnfrastruktur
12 Aprel , 2016 14:19
Azərbaycan və Qazaxıstan yeni konsorsium yaradır

Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün Bakıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “Qazaxstan Dəmir Yolları” SC-nin sədri Askar Mamın arasında ikitərəfli görüş keçirilib. 

“Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, Cəmiyyətin sədri C.Qurbanov Azərbaycan dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Görüşdə Azərbaycan və Qazaxstan dəmir yolları arasında yük daşınması həcminin artırılması, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf perspektivləri, “ADY Ekspess” MMC , "KTZ Express" SC, "Trans Caucasus Terminals" MMC və "ACSC Logistics" MMC arasında Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun yaradılması və Azərbaycan dəmiryolu nəqliyyatı üçün teplovoz, rels, yoldəyişdirici qurğuların gətirilməsi məsələləri müzakirə olunub.

A.Mamın da Azərbaycan və Qazaxıstan dəmir yolları arasında ikitərəfli əməkdaşlığın gələcək perspektivləri haqqında danışıb.

Son xəbərlər

Orphus sistemi