Azərbaycan və Qazaxıstan sərnişin avtomobil əlaqəsi yarada bilər

Azərbaycan və Qazaxıstan sərnişin avtomobil əlaqəsi yarada bilər Bakı. 30 noyabr. REPORT.AZ/ Bakıda beynəlxalq avtomobil daşınmaları üzrə Azərbaycan-Qazaxıstan Qarışıq Komissiyasının iclası keçirilib.
İnfrastruktur
30 Noyabr , 2017 09:34
Azərbaycan və Qazaxıstan sərnişin avtomobil əlaqəsi yarada bilər

Bakı. 30 noyabr. REPORT.AZ/ Bakıda beynəlxalq avtomobil daşınmaları üzrə Azərbaycan-Qazaxıstan Qarışıq Komissiyasının iclası keçirilib.

"Report" Qazaxıstanın İnvestisiyalar və İnkişaf Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nümayəndə heyətləri 2017-ci ildə avtomobil daşınmalarının həcmi, xüsusi icazələrdən istifadə ilə bağlı məlumatlar barəsində fikir mübadiləsi aparıb və bir sıra digər məsələləri müzakirə edib.

Qeyd olunub ki, iki ölkə arasında sərnişin daşımaları həyata keçirilmir. Amma nümayəndə heyətləri zərurət olacağı təqdirdə sərnişin avtomobil əlaqəsinin yaradılması məsələsini nəzərdən keçirəcəklərini bildiriblər.

Tərəflər 2018-ci il üzrə ikitərəfli daşımalar və tranzit keçidi üçün 1000 ədəd miqdarda ilkin mübadilə təyin edilməsi barədə razılığa gəliblər. Üçüncü ölkələrdən icazə verilən daşımaların həcmi isə 300 ədəd miqdarından razılaşdırılıb.

Son xəbərlər

Orphus sistemi