Azərbaycan və Qazaxıstan dəmir yolu sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan və Qazaxıstan dəmir yolu sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün Bakıda “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Cavid Qurbanovla “Qazaxstan Dəmir Yolları” SC-nin sədri Sauat Mınbayev arasında ikitərəfli görüş keçirilib.
İnfrastruktur
27 Fevral , 2019 16:30
Azərbaycan və Qazaxıstan dəmir yolu sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib
0 : 00
0 : 00

Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün Bakıda “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Cavid Qurbanovla “Qazaxstan Dəmir Yolları” SC-nin sədri Sauat Mınbayev arasında ikitərəfli görüş keçirilib.

Bu barədə “Report”a ADY-dən bildirilib.

Məlumata görə, C.Qurbanov rəhbərlik etdiyi qurumun reallaşdırdığı layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib, həmçinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə daşımaların effektivliyinin və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensialın mövcud olduğunu bildirib. S.Mınbayev isə ikitərəfli əməkdaşlığln gələcək perspektivləri haqqında danışıb.

Görüşdə Azərbaycan və Qazaxstanın dəmir yolları arasında yük daşınması həcminin artırılması məsələləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi