Azərbaycan və Qazaxıstan birgə müəssisə yaradır - YENİLƏNİB

Azərbaycan və Qazaxıstan birgə müəssisə yaradır - YENİLƏNİB ​“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Qazaxıstan Dəmir Yolları” SC bununla bağlı sənəd imzalayıb
İnfrastruktur
3 Aprel , 2017 17:40
Azərbaycan və Qazaxıstan birgə müəssisə yaradır - YENİLƏNİB
acsc.az

Bakı. 3 aprel. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (AXDG) və “Qazaxıstan Dəmir Yolları” SC birgə müəssisə yaradır. AXDG-dən "Report"a daxil olan məlumata görə, bununla bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və “Qazaxıstan Dəmir Yolları” SC-nin sədri Kanat Alpısbayev tərəfindən birgə müəssisənin yaradılması barədə təsis müqaviləsi imzalanıb.

Yeni birgə müəssisə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına, onun potensialından daha səmərəli istifadə olunmasına böyük töhfə verəcək. Birgə müəssisə tam paritet əsasda yaradılıb, tərəflər arasında Xəzərdə bərə və quru yük gəmiləri ilə daşımalarda birgə əməkdaşlığı və bu dəhlizə əlavə yüklərin cəlb edilməsini nəzərdə tutur.

"Ötən il Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzərdə yeni quru yük gəmisini istifadəyə verməsi, eyni zamanda yaxın gələcəkdə Azərbaycan və Qazaxıstanın yeni bərələr istismara vermək planları Transxəzər dəhlizi üzrə yükdaşıma potensialını daha da artıracaq. Birgə müəssisə dəhliz üzrə artması proqnozlaşdırılan, Asiya ilə Avropa arasında hərəkət edən konteyner yüklərinin daşınmasında və bu istiqamətdə tərəflər arasında sıx əməkdaşlıqda mühüm rol oynayacaq. Bununla yanaşı, birgə müəssisə Azərbaycanın regionda nəqliyyat-logistika qovşağına çevrilməsinə də müsbət təsirini göstərəcək", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, ötən ilin dekabrında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" və "Qazaxıstan Dəmir Yolları" arasında strateji əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu müqaviləyə əsasən, tərəflər arasında nəqliyyat sahəsində cari və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrə investisiyaların cəlbi, Azərbaycan və Qazaxıstan limanlarından yükdaşımaların həcminin artırılması, müxtəlif istiqamətlər üzrə daşımalara dair iş planının hazırlanması, hər iki qurumun mövcud infrastruktur, xüsusilə də gəmiqayırma, gəmi təmiri, yükaşırma və digər imkanlarından istifadə edilməsi, logistika və gəmilərə agent xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək üzrə razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi