Yuxarı

​Azərbaycan və Özbəkistan beynəlxalq avtomobil daşımaları haqqında saziş imzalayacaq

Tərəflər beynəlxalq avtomobil daşımaları sahəsində ikitərəfli əməkdaşlığın vəziyyəti barədə fikir mübadiləsi aparıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Özbəkistanın avtomobil və çay nəqliyyatı agentliyində Özbəkistan və Azərbaycanın müvafiq orqanlarını təmsil edən ekspertlərdən ibarət nümayəndə heyətlərinin görüşü keçirilib. "Report" agentliyin saytına istinadən xəbər verir ki, danışıqlar zamanı tərəflər beynəlxalq avtomobil daşımaları sahəsində ikitərəfli əməkdaşlığın vəziyyəti barədə fikir mübadiləsi aparıb və iki ölkə arasında yük daşımalarının həyata keçirilməsi ilə bağlı praktiki məsələləri müzakirə ediblər.

Bundan əlavə, tərəflər beynəlxalq avtomobil daşımaları üzrə iki ölkənin hökumətləri arasında saziş layihəsinin yekun variantı barədə razılığa gəliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi