Yuxarı

​Azərbaycan və Meksikanın statistika komitələri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib

Meksikanın səfiri Rodriqo Labardini Tahir Budaqovla görüşüb

Bakı. 4 aprel. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovla görüş keçirib.

Səfirlikdən “Report”a verilən məlumata görə, görüşdə T.Budaqov Komitənin fəaliyyət dairəsi və onun digər dövlət orqanları ilə əməkdaşlığı barədə məlumat verib.

Səfir Labardini, öz növbəsində, Meksika Milli Statistika, Coğrafiya və İnformatika İnstitutunun işindən danışaraq ölkənin statistika strukturlarının əhatə etdiyi sahələrdən söz açdı. Bundan əlavə, hər iki ölkənin müvafiq qurumları arasına ikitərəfli əməkdaşlıq üçün hüquqi bazanın zəruri olduğunu vurğulayıb.

Tərəflər qeyd olunan sahədə ikitərəfli əlaqələrin inkişafı və təcrübə mübadiləsinə dair qarşılıqlı şəkildə maraqlı olduqlarını ifadə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi