Azərbaycan və Meksika özəlləşdirmə sahəsində əməkdaşlıq əlaqələrini müzakirə edib

Azərbaycan və Meksika özəlləşdirmə sahəsində əməkdaşlıq əlaqələrini müzakirə edib Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Meksika səfirini qəbul edib
İnfrastruktur
15 Aprel , 2016 16:32
Azərbaycan və Meksika özəlləşdirmə sahəsində əməkdaşlıq əlaqələrini müzakirə edib

Bakı. 15 aprel. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ilə görüşüb. Komitə sədri Azərbaycanla Meksika arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələrin daim inkişaf etdiyini böyük məmnunluqla vurğulayıb. 

Komitədən "Report"a daxil olan xəbərə görə, görüş zamanı Komitənin fəaliyyət sahələri üzrə həyata keçirdiyi tədbirlər, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni islahatlar, torpaq idarəçiliyi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində əldə olunan nailiyyətlər də qeyd olunub. Komitə sədri fəaliyyət sahələri üzrə elektron və onlayn xidmətlərin tətbiqini, daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı məqsədilə prosedurların sadələşdirilməsini xüsusilə qeyd edib. Eyni zamanda, əmlak idarəçiliyində modern idarəetmə sistemi və innovativ üsulların tətbiqini, həyata keçirilən sosial yönümlü tədbirləri nəzərə çatdırıb.

R.Labardini ölkədə həyata keçirilən quruculuq işləri və inkişaf templərinin onda xoş təəssürat yaratdığını vurğulayıb. O, ölkələr arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafını yüksək qiymətləndirdiyini qeyd edib. 

Daha sonra görüşdə Komitə sədri və səfir dövlət əmlakının özəlləşdirilməsi, qeydiyyat və kadastr sahələrində ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi