Yuxarı
    Bağlamaq

    Azərbaycan və İsrailin aviasiya administrasiyaları danışıqlar aparıb

    Hər iki ölkənin təyin olunan aviaşirkətləri müntəzəm sərnişin və yük aviareyslərinin yerinə yetirilməsi barədə razılığa gəlib

    Bakı. 28 dekabr. REPORT.AZ/ İsrail tərəfinin təklifi ilə 2016-cı il dekabrın 26-27-də Təl-Əvivdə Azərbaycanın və İsrailin aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar keçirilib.

    Azərbaycan Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən "Report"a bildirilib ki, danışıqlar zamanı tərəflər Azərbaycan və İsrail hökumətləri arasında hava əlaqəsi haqqında saziş layihəsini razılaşdırıb.

    Eyni zamanda, iki ölkənin aviasiya administrasiyalarının nümayəndə heyətləri hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib, hər iki ölkənin təyin olunan aviaşirkətləri tərəfindən müntəzəm sərnişin və yük aviareyslərinin yerinə yetirilməsi barədə razılığa gəlib.

    Danışıqlarda hər iki ölkənin aviaşirkətlərinin nümayəndələri iştirak ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi