Azərbaycan və İran ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir

Azərbaycan və İran ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri İranın yeni səfirini qəbul edib
İnfrastruktur
18 Noyabr , 2016 17:14
Azərbaycan və İran ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də İranın  Azərbaycandakı yeni səfiri Cavad Cahangirzadə ilə görüş keçirilib.

Cəmiyyətdən "Report"a verilən məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, Azərbaycan Avropa ilə Asiyanın qovuşmasında yerləşdiyindən, ölkə nəqliyyat qurumları Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətində aktiv iştirak edir.

"Bu il aprelin 20-də Azərbaycan ilə İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub. İndi Аstara stansiyasından İran dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi başa çatıb. Bu yol boy 12 ədəd yoldəyişdirici qurğu, iki yerdə qorunan keçid quraşdırılır. Bu yaxınlarda iranlı həmkarlarla yola baxış keçirdik. Astara çayı üzərindəki tikilən körpüdə 4 dayaq, istinad divarları tikilib, körpünün üstü betonlanıb, məhəccərlər qoyulub. Körpüdə son tamamlama işləri həyata keçirilir. Hazırda tağların quraşdırılması prosesi gedir" - C.Qurbanov bildirib.

C.Cahangirzadə isə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallşması istiqamətində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib, İran tərəfinin də bu sahədə işləri sürətləndirdiyini deyib.

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi