​Azərbaycan və İran dəmir yolu sistemlərinin sinxronlaşdırılması məsələlərini müzakirə edəcək

​Azərbaycan və İran dəmir yolu sistemlərinin sinxronlaşdırılması məsələlərini müzakirə edəcək Azərbaycanın iqtisadiyyat və sənaye naziri ilə İranın rabitə və informasiya texnologiyaları naziri görüşəcək
İnfrastruktur
21 Sentyabr , 2015 15:19
​Azərbaycan və İran dəmir yolu sistemlərinin sinxronlaşdırılması məsələlərini müzakirə edəcək

Bakı. 21 sentyabr. REPORT.AZ/ Oktyabrın 2-də Astarada Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi arasında görüş keçiriləcək.

Bu barədə "Report"a İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.

Görüşdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və Qəzvin-Rəşt-Astara dəmir yolu sisteminin sinxronlaşdırılması məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, Ş.Mustafayev və M.Vaezi İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İran Hökumətlərarası Komissiyasının həmsədrləridir.  

Son xəbərlər

Orphus sistemi