Yuxarı
    Bağlamaq

    Azərbaycan və İran dəmir yolları arasında əlaqələrin davamlı inkişafı müzakirə olunub

    Cavid Qurbanov İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

    Bakı. 29 noyabr. REPORT.AZ/ Bakıda “Four seasons” otelində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla İranın rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezi arasında görüş keçirilib.

    “Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyindən "Report"a verilən məlumata görə, görüşdə Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd marşrutu ilə hərəkət edəcək beynəlxalq sürət qatarının istifadəyə verilməsi üçün təşkilati işlərin həlli, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində işlərin sürətləndirilməsi məsələləri müzakirə olunub.

    C.Qurbanov iki ölkə prezidenti arasında yaranmış çox səmimi münasibət nəticəsində ölkələrimiz arasında əlaqələrin daha da gücləndirilməsindən, Azərbaycan Dəmir Yolunda həyata keçirilən layihələrdən, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması prosesində görülən işlərdən, Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd marşrutu ilə hərəkət edəcək beynəlxalq sürət qatarının istifadəyə verilməsi məsələlərindən danışıb. Bildirib ki, sözügedən marşrut iki ölkə arasında həm dəmir yolu, həm də turizm əlaqələrinin davamlı inkişafına da dəstək olacaq.

    M.Vaezi Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişinin başa çatmasını, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan tərəfinin gördüyü işləri yüksək dəyərləndirib.

    İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi