Azərbaycan və İran birgə avtomobil istehsal edəcək

Azərbaycan və İran birgə avtomobil istehsal edəcək Zavodun iki ilə inşası planlaşdırılır
İnfrastruktur
21 Aprel , 2016 12:55
Azərbaycan və İran birgə avtomobil istehsal edəcək

Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycan və İran şirkətləri avtomobil və müvafiq ehtiyat hissələrinin istehsalı sahəsində əməkdaşlıq edəcək.

"Report" xəbər verir ki, bu gün Bakıda Azərbaycanın “Azeurocar” MMC və İranın “Iran Khodro” şirkəti arasında imzalanmış anlaşma memorandumuna əsasən, şirkətlər Azərbaycanda minik avtomobilləri və ehtiyat hissələrinin birgə istehsalını həyata keçirəcək.

İlkin olaraq layihə üzrə istehsal edilməsi məqsədəuyğun olan avtomobil modelləri müəyyənləşdiriləcək, sonra isə layihə üzrə biznes plan hazırlanacaq. Layihənin Neftçala Sənaye Məhəlləsində həyata keçirilməsi nəzərdə tutulur. Zavodun iki ilə tikilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi