Yuxarı
    Bağlamaq

    Azərbaycan və Gürcüstan avtomobil və yük daşımaları üçün icazələr müəyyənləşdirəcək

    Bu məsələ Bakıda keçirilən Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının toplantısında razılaşdırılıb

    Bakı. 9 fevral. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan ilə Gürcüstan arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Qarışıq Komissiyanın növbəti iclası keçirilib.

    Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) "Report"a daxil olan məlumata görə, Azərbaycan nümayəndə heyətinə DANX-ın rəisi Elnur Abdullayev, Gürcüstanın nümayəndə heyətinə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi Yerüstü Nəqliyyat Agentliyinin direktoru Mixeil Xmaladze rəhbərlik edib.

    İclasda Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, avtomobil və yük daşımaları sahəsində inkişaf perspektivləri və digər aktual məsələlər müzakirə edilərək, müvafiq protokol imzalanıb.

    Gürcüstan və Azərbaycan ərazisində qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən avtodaşıyıcılara qarşı mübarizə məqsədilə yeni növ "İcazə" blanklarının tətbiqi, ölkələr arasında artan ticarət dövriyyəsinin həcminə uyğun olaraq avtomobil və yük daşımaları üçün tələb olunan "İcazə"lərin müəyyənləşdirilməsi barədə razılıq əldə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi