Azərbaycan və Estoniya dəmir yolları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Estoniya dəmir yolları sahəsində əməkdaşlığı genişləndirir “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Estoniyanın “EVR Cargo” dövlət dəmir yolu daşımaları şirkətinin sədri ilə görüşüb
İnfrastruktur
23 Noyabr , 2016 17:47
Azərbaycan və Estoniya dəmir yolları sahəsində əməkdaşlığı genişləndirir

Bakı.  23 noyabr. REPORT.AZ/ Bu gün “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də Estoniyanın “EVR Cargo” dövlət dəmir yolu daşımaları şirkətinin İdarə Heyətinin sədri Raul Toomsalu ilə görüş keçirilib.

ADY-dən "Report"a daxil olan məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan dəmir yolu sahəsində reallaşdırılan layihələr, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri haqqında ətraflı məlumat verib.

İkitərəfli görüşdə Azərbaycan və Estoniya dəmir yolları qurumları arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müzakirə olunub.

R.Toomsalu çıxış edərək “Azərbaycan Dəmir Yolları” QSC-də həyata keçirilən genişmiqyaslı islahatları yüksək qiymətləndirib, tranzit yük daşımaları sahəsində gələcək əməkdaşlığın konturları haqqında məlumat verib.

Son xəbərlər

Orphus sistemi