Azərbaycan və Dağıstan arasında daimi dəmir yolu istifadəyə veriləcək

Azərbaycan və Dağıstan arasında daimi dəmir yolu istifadəyə veriləcək Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan və Dağıstanı daimi dəmir yolu birləşdirəcək.
İnfrastruktur
31 Oktyabr , 2018 22:18
Azərbaycan və Dağıstan arasında daimi dəmir yolu istifadəyə veriləcək

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan və Dağıstanı daimi dəmir yolu birləşdirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev çərşənbə günü brifinq zamanı deyib.

"Bizim bu günə qədər istifadə olunmayan böyük nəqliyyat imkanlarımız var. Biz indi Bakı ilə daimi dəmir əlaqəsi həyata keçirəcəyik. Olduqca rahat, tam şəkildə işləyə bilər. Bunun insanların maraqlarına xidmət etməsi üçün heç bir maneə görmürəm. Və bu bizim iqtisadiyyatımızı inkişaf etdirəcək", - deyə region rəhbəri bildirib.

Bundan əvvəl Bakı-Sumqayıt dəmir yolu xəttində “Texniki fasilə”nin müddəti uzadılıb.

Son xəbərlər

Orphus sistemi