Yuxarı

​Azərbaycan və Çin dəmir yolları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan Dəmir Yolları və Çin Dəmir Yollarının rəhbərliyi görüşüb

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycan-Çin ticari-iqtisadi əməkdaşlığı üzrə Hökumətlərarası Komissiyanın nümayəndə heyətinin tərkibində Çində səfərdə olan "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla "Çin Dəmir Yolları"nın rəhbərliyi arasında görüş keçirilib.

Cəmiyyətin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, keçirilən görüşlərdə C.Qurbanov çıxış edərək Azərbaycan dəmiryolunda həyata keçirilən yenidənqurma işləri, bu il avqustun 3-də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Çin arasında start götürən konteyner daşımalarının daha da inkişaf etdirilməsinin vacibliyi, tranzit olaraq daşınan yüklərin Azərbaycandan keçən nəqliyyat dəhlizlərinə cəlb olunması və digər məsələlər barədə danışıb.

Sonra "Çin Dəmir Yolları" haqqında məlumat verilib, ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi