​Azərbaycan və Belarus arasında avtomobil daşımaları üzrə protokol imzalanıb

​Azərbaycan və Belarus arasında avtomobil daşımaları üzrə protokol imzalanıb Protokol növbəti ildə beynəlxalq avtomobil daşımalarına icazələrin mübadiləsi və digər məsələlərlə bağlıdır
İnfrastruktur
18 Sentyabr , 2015 11:36
​Azərbaycan və Belarus arasında avtomobil daşımaları üzrə protokol imzalanıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Belarus Nəqliyyat və Kommunikasiya Nazirliyinin Avtomobil və şəhər sərnişin nəqliyyatı İdarəsi arasında avtomobil daşımaları üzrə Azərbaycan-Belarus Qarışıq Komissiyasının iclasının yekunlarına dair protokol imzalanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Report”a bildirilib ki, protokol beynəlxalq avtomobil əlaqələrinin vəziyyəti, perspektivlər və onun inkişafı, yük daşımaları sahəsində icazə vərəqələrinin istifadəsi, 2016-cı ildə beynəlxalq avtomobil daşımalarına icazələrin mübadiləsi və digər məsələlərlə bağlıdır.

Məlumata görə, Azərbaycan tərəfindən sənədi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev, Belarus tərəfdən isə Nəqliyyat və Kommunikasiya Nazirliyi Avtomobil və şəhər sərnişin nəqliyyatı İdarəsinin rəisi Sergey Dubina imzalayıb.

Son xəbərlər

Orphus sistemi