Yuxarı
    Bağlamaq

    Azərbaycan və BƏƏ arasında yeni reys martın 16-dan açılacaq

    Uçuşları Air Arabia loukosteri həyata keçirəcək

    Bakı. 7 mart. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında yeni aviareys açılır.

    "Report" xəbər verir ki, loukoster "Air Arabia" aviaşirkəti martın 16-dan etibarən Şarca-Bakı-Şarca marşrutu üzrə uçuşlar həyata keçirəcək.

    Şarcadan uçuş yerli vaxtla 9:00-da, eniş isə 11:55-də həyata keçirilcək. Reyslər həftənin 4 günü - çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri təşkil ediləcək. Elə həmin günlər Bakıdan da uçuşlar olacaq. Təyyarə paytaxtımızdan Şarca istiqamətində 12:35-də havaya qalxacaq, 15:15-də isə Bakıya enəcək.

    Şarca-Bakı-Şarca marşrutu üzrə biletin qiyməti təxminən 430 manat təşkil edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi