Azərbaycan və Avstriya dəmir yolları arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Avstriya dəmir yolları arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub “Azərbaycan Dəmir Yolları” QSC-də Avstriyanın federal nəqliyyat, innovasiya və texnologiya naziri Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
İnfrastruktur
12 Oktyabr , 2019 12:22
Azərbaycan və Avstriya dəmir yolları arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Dəmir Yolları” QSC-də Avstriyanın federal nəqliyyat, innovasiya və texnologiya naziri Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə "Report"a qurumdan bildirilib. 

Məlumata görə, görüşdə QSC-nin sədri Cavid Qurbanov dəmir yolunda həyata keçirilən islahatlar, tranzit potensialının artırılması istiqamətində görülən işlər barədə danışıb. O bildirib ki, Azərbaycan coğrafi mövqeyinə rəğmən, beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşmasında aktiv iştirak edir. Bakı-Tbilisi-Qars, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərinin fəaliyyətinin genişləndirilməsi təkcə iştirakçı ölkələrin deyil, eləcə də digər region ölkələrin inkişafında əhəmiyyətli rol oynayacaq, ölkələrimizin iqtisadi-ticarət əlaqələrini genişləndirəcək.

Görüşdə Azərbaycan və Avstriya dəmir yolları arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. A.Rayxhardt bildirib ki, son illər Azərbaycan ilə Avstriya arasında hər sahədə, o cümlədən iqtisadi sahədə əlaqələr genişlənir: "Avstriya tərəfi olaraq biz bu əlaqələrin intensivləşdirilməsində, infrastruktur layihələrinin icrasında iştirak etməkdə maraqlıyıq".

Müzakirələr zamanı ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi