Azərbaycan və ABŞ nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını araşdırır

Azərbaycan və ABŞ nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını araşdırır ABŞ şirkətlərinin yerli layihələrdə iştirak imkanları məsələləri ətrafında fikir mübadiləsi aparılıb
İnfrastruktur
2 İyun , 2015 17:52
Azərbaycan və ABŞ nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını araşdırır

Bakı. 2 iyun. REPORT.AZ/ Bu gün Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov ABŞ səfiri Robert Sekutanı qəbul edib. 

“Report” nazirliyin məlumatına istinadən bildirir ki, Z.Məmmədov son illər Azərbaycan iqtisadiyyatının inkişafı, həyata keçirilən irimiqyaslı tədbirlər, beynəlxalq inteqrasiyada əldə edilən irəliləyişlərdən danışıb. Həmçinin nazir nəqliyyat sektorunu əhatə edən bütün sahələr - dəmir yolu, dəniz, hava, avtomobil nəqliyyatı və avtomobil yolları barəsində səfirə ətraflı məlumat verib.

Görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanları, perspektiv layihələr, nəqliyyat sahəsində görülən işlərdə ABŞ təcrübəsindən yararlanmaq üçün azərbaycanlı mütəxəssislərin Amerikaya göndərilməsi, həmçinin ABŞ şirkətlərinin Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən layihələrdə iştirak imkanları məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi