Yuxarı
    Bağlamaq

    Azərbaycan üzərindən yükdaşıma xidmətləri bahalaşıb

    Nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,4% artıb

    Bakı. 11 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycanın nəqliyyat sektorunda 2016-cı ilin eyni dövrünə nisbətən yükdaşıma qiymətləri milli valyutada 12,4% artıb.

    "Report"un məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda bildirilib.

    "Bu ilin mart ayında fevrala nisbətən yükdaşıma qiymətləri 2,5%, o cümlədən, boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 4,5% və 2,7%, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 2,7%, dəniz nəqliyyatında 3,0% azalıb. Avtomobil nəqliyyatında 8,0% bahalaşma qeydə alınıb. Ölkədaxili yükdaşıma qiymətləri isə sabit qalıb", - deyə məlumatda qeyd edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi