Azərbaycan Türkmənistan gəmisinin təmirini tamamlayıb

Azərbaycan Türkmənistan gəmisinin təmirini tamamlayıb Türkmənistanın daha iki gəmisində təmir prosesi yekunlaşmaq üzrədir
İnfrastruktur
5 Aprel , 2016 14:15
Azərbaycan Türkmənistan gəmisinin təmirini tamamlayıb

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Zığ Gəmi Təmiri Zavodunda Türkmənistanın “Şirin” yedək gəmisinin təmiri yekunlaşıb. Türkmənistanın sifarişi ilə gəminin mexanizmlərində, vint-sükan qurğusunda zəruri təmir işləri aparılıb, gövdənin sualtı hissəsi təmizlənərək rənglənib. Bu barədə "Report"a "Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən məlumat verilib.

Zavoda qəbul edilmiş daha 2 türkmən gəmisində - “Soltan” və “Bossan” təchizat-yedək gəmilərində də təmir prosesi yekunlaşmaq üzrədir. Onların da yaxın günlərdə sifarişçiyə təhvil veriləcəyi gözlənilir: "Gəmilərin sahibi təmirin səviyyəsindən razıdır və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək niyyətindədir".

Qeyd edək ki, 2016-cı ildə daha bir neçə xarici gəminin Azərbaycan zavodlarında təmiri planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi