Yuxarı

Azərbaycan SPECA-nın işçi qrupunun iclasında iştirak edəcək

Tədbirdə Nəqliyyat Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri iştirak edəcəklər

Bakı. 27 avqust. REPORT.AZ/ Sentyabrın 10-11-də BMT-nin Mərkəzi Asiya iqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Nəqliyyat və sərhəd keçid məsələləri üzrə Layihə İşçi Qrupunun 20-ci iclası keçiriləcək.

“Report” Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində keçiriləcək iclas zamanı SPECA ölkələrində nəqliyyat və infrastrukturun inkişafı üçün həyata keçirilən layihə və təşəbbüslər, bu isqtiqamətdə dövlət-özəl sektor tərəfdaşlığı, SPECA dövlətlərindən əldə ediləcək məlumatlar əsasında nəqliyyat və sərhəd keçid məsələləri sahəsində məlumat bazasının yenilənməsi, BMT-nin nəqliyyat və gömrük məsələləri ilə bağlı sazişlərinə qoşulma, onların yerinə yetirilməsi, habelə regionda nəqliyyat dəhlizləri və şəbəkələrinin inkişafı ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Tədbirdə Azərbaycanın Nəqliyyat Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri də iştirak edəcəklər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi