Yuxarı

Azərbaycan Sadıxlı keçidinin yenidən qurulması ilə bağlı Gürcüstandan cavab gözləyir

Aydın Əliyev: Artıq təkliflərimizi irəli sürmüşük və Gürcüstan tərəfinin razılığını gözləyirik

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan tərəfi Sadıxlı gömrük keçid məntəqəsində tikinti-yenidənqurma işlərinin aparılmasına tam hazırdır. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bu məsələ ilə bağlı Gürcüstan tərəfinin razılığını gözləyir: "Artıq öz təkliflərimizi irəli sürmüşük və qarşı tərəfin cavabını, Gürcüstan tərəfinin razılığını gözləyirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi