Yuxarı
    Bağlamaq

    Azərbaycan Rusiyanın minik avtomobili ixrac etdiyi ölkələrin ilk beşliyinə daxil olub

    Bakı. 8 yanvar. REPORT.AZ/ 2018-ci ilin yanvar-noyabr aylarında Rusiyadan Azərbaycana 2 400 ədəd minik avtomobili gətirilib.

    “Report”un məlumatına görə, bu barədə Rusiyanın “Avtostat” analitik agentliyinin hesabatında bildirilir. 

    Məlumata görə, Azərbaycana ixrac edilmiş avtomobillərin Rusiyanın ümumi avtomobil ixracında payı 9,2%-ni təşkil edir. 

    Belə ki, 11 ay ərzində Rusiyadan digər ölkələrə ümumilikdə 26 min minik avtomobili ixrac edilib. İxracın 70%-i 5 ölkənin payına düşüb. Siyahıya liderliyi Çexiya edir. Bu ölkəyə 6 300 ədəd minik avtomobili ixrac edilib.

    2-ci yerdə Ukrayna (3 800 ədəd), 3-cü yerdə Özbəkistan (3 100 ədəd), Latviya (2 900 ədəd), 5-ci yerdə isə Azərbaycan qərarlaşıb. 

    Növbəti yerləri isə Serbiya (577 ədəd), Estoniya (515 ədəd), Slovakiya (505 ədəd), İraq (500 ədəd) və Macarıstan (443 ədəd) tutub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi