Yuxarı

​Azərbaycan Rusiyada logistika mərkəzi açmaq niyyətindədir

Nazir müavini: Ukrayna, Rusiya, Mərkəzi Asiya ölkələrinin bazarlarına çıxış əldə etməkdə maraqlıyıq

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Rusiyada logistika mərkəzi açmaq üçün təklifləri nəzərdən keçirir. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev deyib.

S.Babayevin sözlərinə görə, Aktaudakı (Qazaxıstan) logistika mərkəzinə şirkətlərin marağı böyükdür: "Biz qeyri-neft məhsullarının maraq göstərilən bazarlarda satılmasının tərəfdarıyıq. Hazırda bu istiqamətdə Ukrayna, Rusiya, Mərkəzi Asiya ölkələrinin bazarlarına çıxış əldə etməkdə maraqlıyıq"

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi