​Azərbaycan Rusiya şirkəti ilə iki gəminin tikintisinə dair müqavilə imzalayacaq

​Azərbaycan Rusiya şirkəti ilə iki gəminin tikintisinə dair müqavilə imzalayacaq Bakıdan olan sifarişçi üçün "RST27" layihəli tanker inşası planlaşdırılır
İnfrastruktur
25 Mart , 2016 18:34
​Azərbaycan Rusiya şirkəti ilə iki gəminin tikintisinə dair müqavilə imzalayacaq

Bakı. 25 mart. REPORT.AZ/ Rusiyanın Nijeqorod vilayətinin "Krasnoe Sormovo" gəmiqayırma zavodu martın sonunadək Azərbaycan üçün iki tankerin tikintisinə dair müqavilə imzalayacaq.

"Report" xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə müəssisənin baş direktoru Nikolay Jarkov məlumat verib.

"Martın sonunadək Bakıdan olan şirkət ilə "RST27" layihəli iki tankerin inşasına dair müqavilə imzalayacağıq", - deyə o bildirib.

Baş direktor imzalanacaq müqavilənin detallarını açıqlamayıb.

"RST27" tipli tankerlər neft və neft məhsulları daşımaq üçün nəzərdə tutulan "çay-dəniz" sinifli özüyeriyən gəmilərdir. Tanker eyni zamanda iki növ yük daşımaq imkanına malikdir. Gəminin qabarit uzunluğu 140, eni isə 16 metrdir. Dənizdə 4,2 metr suya oturma dedveyti 6980 tondur.

Son xəbərlər

Orphus sistemi