​Azərbaycan-Rusiya sərhədində tikiləcək körpünün ötürmə qabiliyyəti gündə 37 min avtomobil təşkil edəcək

​Azərbaycan-Rusiya sərhədində tikiləcək körpünün ötürmə qabiliyyəti gündə 37 min avtomobil təşkil edəcək Qurğunun inşa xərclərini Azərbaycan tərəfi öz üzərinə götürüb
İnfrastruktur
20 May , 2015 02:39
​Azərbaycan-Rusiya sərhədində tikiləcək körpünün ötürmə qabiliyyəti gündə 37 min avtomobil təşkil edəcək

Bakı. 20 may. REPORT.AZ/ Rusiya-Azərbaycan sərhədində Samur çayı üzərindən keçəcək körpünün ötürmə qabiliyyəti gün ərzində hər iki tərəfə 37 min avtomobil təşkil edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə layihənin reallaşdırılması məsələləri üzrə İşçi qrupun mayın 18-də keçirilən iclası çərçivəsində layihəçi şirkət nümayəndələrinin səsləndirdiyi rəqəmlərə istinadən Rusiyanın Federal Yol Agentliyinin mətbuat xidməti məlumat yayıb.

İdarənin məlumatında bildirilir ki, Samur körpüsünün sərhəd və gömrük nəzarət zonasına aid olmaması ilə əlaqədar olaraq giriş və çıxışda nəqliyyat tıxacının yaranma riski minimuma endirilib. Bundan əlavə, yol çəkənlərin planlarına obyektin istismara verilməsindən sonra, həmçinin Rusiya və Azərbaycan sərhədindəki hazırki körpü qurğusunun yenidən qurulmasını icra etmək daxildir.

Samur çayı üzərindən keçən körpü layihəsini "İnstitut "Doraeroproekt" QSC hazırlayır. Qeyd olunur ki, layihə sənədləri öyrənilməsi üçün artıq bu ilin yayında Rusiya Federasiyası Baş Dövlət Ekspertiza İdarəsinə göndərilə bilər.

Körpünün inşa xərclərini Azərbaycan tərəfi öz üzərinə götürüb. Rusiya isə işlərin görülməsinə sərf olunan xərclərin 50 faizini gələcəkdə kompensasiya edəcək.

Son xəbərlər

Orphus sistemi