Azərbaycan-Rusiya sərhədində yeni körpünün inşasına başlanılır

Azərbaycan-Rusiya sərhədində yeni körpünün inşasına başlanılır Nazir: "Samur çayı üzərindən avtomobil körpüsünün tikintisinə gələn ildən başlamaq mümkün olacaq"
İnfrastruktur
9 İyun , 2016 16:30
Azərbaycan-Rusiya sərhədində yeni körpünün inşasına başlanılır

Bakı. 9 iyun. REPORT.AZ/ Samur çayı üzərindən (Azərbaycan-Rusiya sərhədində) avtomobil körpüsünün tikintisi layihəsi çərçivəsində inşaat işlərinə gələn il başlanılacaq. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Rusiyanın nəqliyyat naziri Maksim Sokolov bildirib. 

"Samur sərhəd çayı üzərində yeni avtomobil körpüsünün inşası ilə bağlı infrastrukturun inkişafı layihəsi mövcuddur. Düşünürəm ki, gələn ildən bu işlərə başlamaq mümkün olacaq. Layihə sənədlərinin hazırlanması bitib. Ümid edirəm ki, ekspertizadan keçərək, 2017-ci ildə nəhayət, tikinti işlərinə başlaya bilərik. Bu, zamanında icra edilən və zəruri layihədir. Çünki mövcud infrastruktur istismar müddətini başa vurub və qəzalı vəziyyətdədir", - deyə M.Sokolov əlavə edib.

Son xəbərlər

Orphus sistemi