Yuxarı

Azərbaycan-Rusiya sərhədində yeni keçid terminalı açılıb

Sərhəd və gömrük orqanlarında iş yerləri sayının artması sahəsində terminalın buraxılış qabiliyyəti xeyli artıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Bu gündən Dağıstan Respublikasının Maqaramkent rayonunda Novo-Filya avtomobil buraxılış məntəqəsinin yeni terminalı işə başlayıb. 

"Report" "RİA-Dağıstan"a istinadən xəbər verir ki, açılış mərasimində Dağıstan hökumətinin sədr müavini Ramazan Cəfərov, Rusiya FTX Sərhəd İdarəsinin Dağıstan üzrə rəhbəri İqor Şmotkin, Dağıstan Gömrük İdarəsinin rəisi Ruslan Yəhyəyev, Rusiya Sərhəd İdarəsi rəhbərinin müavini Maqomed Xandayev iştirak ediblər. 

Maqomed Xandayev bildirib ki, dövlət sərhədini keçən vətəndaşlar üçün bütün şərait yaradılıb. O qeyd edib ki, sərhəd və gömrük orqanlarında iş yerlərinin sayının artması sahəsində terminalın buraxılış qabiliyyəti xeyli artıb. Novo-Filya avtomobil buraxılış məntəqəsi gündüz iş rejimində çalışır - saat 08:30-dan saat 17:00-a qədər.

Qeyd edək ki, Rusiya-Azərbaycan dövlət sərhədi hələlik piyada keçilir. Avtomobil buraxılış məntəqəsinin nəqliyyat terminalı 2015-ci ilin birinci kvartalında tam şəkildə istismara veriləcək və fəaliyyətə başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi