Azərbaycan Rusiya Gömrük Akademiyası ilə əməkdaşlığa maraq göstərir

Azərbaycan Rusiya Gömrük Akademiyası ilə əməkdaşlığa maraq göstərir Bu gün Bakıda Azərbaycan və Rusiya gömrük idarələri arasında üç əməkdaşlıq sənədi imzalanıb
İnfrastruktur
4 Fevral , 2015 12:20

Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsində (DGK) Bakıda səfərdə olan Rusiya Federal Gömrük Xidmətinin (RFGX) rəhbəri Andrey Belyaninovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 

"Report"un verdiyi xəbərə görə, görüşü  açan DGK-nin rəisi Aydın Əliyev Azərbaycan-Rusiya əlaqələrindən, iki ölkə arasında iqtisadi münasibətlərdən danışıb. Komitə sədri həmçinin ixtisaslı kadrların hazırlanmasında Azərbaycanın Rusiya Federal Gömrük Akademiyası ilə əlaqələrin genişləndirılməsində maraqlı olduğunu deyib. 

Rusiya gömrük idarəsinin rəhbəri A.Belyaninov isə çıxışında Bakı ilə Moskva arasındakı münasibətlərə toxunub.

Daha sonra iki olkə arasında üç sənədin imzalanması mərasimi keçirilib. Bunlar, bugünkü işçi görüşünün yekun protokolu, DGK ilə RFGX arasında qarşılıqlı ticarət haqqında statistik məlumatların informasiya mübadiləsinin texnoloji sxemi və 2015-2016-cı illər üçün DGK və RFGX arasında ikitərəfli qarşılıqlı fəaliyyət planıdır. 

Son xəbərlər

Orphus sistemi