Yuxarı

Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolu daşıyıcıları üçün tariflər azaldılacaq

Bu məsələ Astanada keçirilən üçtərəfli görüşdə əsas müzakirə mövzusu olub

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolu daşıyıcıları üçün rəqabətli tariflər formalaşdırılacaq. "Report"un "Ca-News.org" saytına istinadən verdiyi məlumata görə, Astanada (Qazaxıstan) hər üç ölkənin dəmiryolu administrasiyasının rəhbərləri, Qazaxıstanda cəmləşmiş yükgöndərənlər, iri operatorlar və yükdaşıma şirkətləri ilə əlverişli qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Danışıqların əsas mövzusu Azərbaycan, Qazaxıstan və Gürcüstan ərazisindən ötməklə, metal məhsulları, taxıl, neft və qaz məhsulları, habelə konteyner daşımaları həyata keçirilərkən tarif dərəcələrinin azaldıması ilə bağlı olub.

"Biz ixrac və idxal mallarının daşınmasının reallaşdırılması üçün yaxşı şərtlər təklif etməyə hazırıq. Məsələn, bu ilin sonunda Gürcüstan dəmir yolu vasitəsi ilə Türkiyəyə birbaşa keçid açacağıq. Beləliklə, Türkiyənin cənubuna, Şimali Afrika və ərəb ölkələrinə çıxış imkanları yaranacaq", - deyə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov bildirib.

Görüşün nəticələrinə əsasən qeyd edilib ki, Azərbaycan, Qazaxıstan və Gürcüstanın yerli ixracatçıları və dəmiryolçuları arasında yaradılan birbaşa əlaqələr daşımaların təminatı zamanı yaranacaq məsələləri daha operativ və səmərəli şəkildə həll etməyə imkan verəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi