Yuxarı

Azərbaycan Prezidentinin ehtiyat fondundan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə 10 milyon manat ayrılıb

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində Zığ Gəmi Təmiri Zavodunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla Bakı şəhərində Zığ Gəmi Təmiri Zavodunun tikintisini başa çatdırmaq məqsədilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) 10 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi