Yuxarı

Azərbaycan Prezidenti “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nı təsdiq edib

Nazirlər Kabineti fərmandan irəli gələn digər məsələləri həll etməlidir

Bakı. 22 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

"Report"un məlumatına görə, fərmanla “Tikinti obyektlərinin sökülməsi qaydaları” təsdiq edilib.

Nazirlər Kabineti Prezident aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib dövlət başçısına məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində dövlət başçısına məlumat verməli, həmçinin bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi