​Azərbaycan Prezidenti Bakıda dənizkənarı yolun açılışında iştirak edib

​Azərbaycan Prezidenti Bakıda dənizkənarı yolun açılışında iştirak edib Yeni yol Ağ Şəhər bulvarının yaxınlığında yerləşir
İnfrastruktur
15 May , 2015 17:39
​Azərbaycan Prezidenti Bakıda dənizkənarı yolun açılışında iştirak edib

Bakı. 15 may. REPORT.AZ/ Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Nobel qardaşları prospektinə paralel inşa olunmuş dənizkənarı yeni yolun açılışında iştirak ediblər.

"Report" xəbər verir ki, “Azvirt” Məhdud Məsuliyyətli Cəmiyyətin sədri Kamil Əliyev dövlət başçısına yeni avtomobil yolu, buradakı yol qovşaqları, mühəndis qurğuları və yeraltı piyada keçidləri barədə məlumat verib. Qeyd edilib ki, 8 zolaqlı yol ən müasir tələblər səviyyəsində və yüksək keyfiyyətlə inşa edilib. Yolun hərəkət zolaqlarının eni 3,75 metrdir. Yeni yol Ağ Şəhər bulvarının yaxınlığında yerləşir. Burada istirahət edən insanların təhlükəsizliyi üçün yolun tikintisi zamanı hər birinin eni 8 metr olmaqla 3 piyada keçidi də inşa olunub.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Yeni yolun Ağ Şəhər yaşayış massivi yaxınlığında yerləşməsi keçmişdə “Qara şəhər” adlanan ərazinin dövlət başçısının tapşırığına əsasən tamamilə abadlaşdırılması və yeni görkəm alması istiqamətində görülən mühüm işlərin davamlı olduğunu nümayiş etdirir. Bu yolun inşası təkcə sosial məna daşımır, bunu həm də Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsinə töhfə kimi də qiymətləndirmək olar. Bütün bunlarla yanaşı, yeni yol həm də paytaxtın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülən işlərin tərkib hissəsidir.

Son xəbərlər

Orphus sistemi