Azərbaycan OTIF-in ​Berndə keçirilən Baş Assambleyasında iştirak edib

Azərbaycan OTIF-in ​Berndə keçirilən Baş Assambleyasında iştirak edib Toplantda ölkənin dəmir yolu sahəsində görülən işlərdən bəhs olunub
İnfrastruktur
29 Sentyabr , 2015 17:58
Azərbaycan OTIF-in ​Berndə keçirilən Baş Assambleyasında iştirak edib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu gün Berndə (İsveçrə) Beynəlxalq dəmir yolu daşımaları üzrə Hökumətlərarası Təşkilatların (OTIF) XII Baş Assambleyası keçirilib. İclasda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov da iştirak edib. 

Cəmiyyətin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov "Report"a bildirib ki, C.Qurbanov “Azərbaycan Dəmir Yolları”nda həyata keçirilən islahatlar haqqında məlumat verib. Azərbaycan 14 aprel 2015-ci ildə OTIF-in konvensiyasına qoşulub və bu sənəd Milli Məclis tərəfindən ratifikasiya olunub. C.Qurbanov Azərbaycan ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Elə bu səbəbdən də Azərbaycan ərazisindən Ermənistana birbaşa və yaxud tranzit yük daşımasına heç bir halda icazə verilməyəcəyini xüsusi ilə vurğulayıb.

Cəmiyyətin sədri həmçinin Avropa və Asiyanı birləşdirən nəqliyyat dəhlizində Azərbaycanın fəal iştirak etməsindən söz açıb. C.Qurbanov dəmir yollarında irihəcmli işlərin gedişi, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və bu layihənin Azərbaycanın tranzit potensialını artıracağı barədə iclas iştirakçılarına geniş məlumat verib.

Son xəbərlər

Orphus sistemi