Yuxarı
    Bağlamaq

    ​Azərbaycan Orta Asiya və Yaxın Şərqdə istismar olunan vertolyotlara texniki xidmət göstərəcək

    Bununla bağlı Silk Way Helicopter Services və AgustaWestland arasında müqavilə imzalanıb

    Bakı. 19 iyun. REPORT.AZ/ "Silk Way Group" holdinqinə daxil olan "Silk Way Helicopter Services" törəmə vertolyot şirkəti Xəzər dənizi, Orta Asiya və Yaxın Şərqdə istismar olunan "AW139" vertolyotlarına texniki xidmət göstərəcək.

    "Report"un "BizavWeek" dərgisinə istinadən verdiyi məlumata görə, hazırda bununla bağlı "AgustaWestland" (B.Britaniya-İtaliya) vertolyot dizaynı və istehsalı şirkəti ilə danışıqlar aparılır. Zəruri sertifikasiya və razılıq əldə olunduqdan sonra "Silk Way Helicopter Services" texniki xidmət göstərə biləcək.

    Məlumatda deyilir ki, şirkətin üç il ərzində aldığı "AW139" modelində olan yeni vertolyotlar yeni layihələrə, xüsusən də " AgustaWestland"in regionda servis mərkəzinin yaradılması ideyasına təkan verib: "Azərbaycanda və qonşu ölkələrdə hazırda bu istehsalçının ən azı 17 maşını istismar olunur və onların sayı artacaq". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi