Azərbaycan və İran qarşılıqlı investisiyalarla bağlı işçi qrupunun yaradılmasına dair qərara gəlib

Azərbaycan və İran qarşılıqlı investisiyalarla bağlı işçi qrupunun yaradılmasına dair qərara gəlib ​Azərbaycan nümayəndə heyətinin İrana səfəri başa çatıb
İnfrastruktur
5 Avqust , 2015 16:49
Azərbaycan və İran qarşılıqlı investisiyalarla bağlı işçi qrupunun yaradılmasına dair qərara gəlib

Bakı. 5 avqust. REPORT.AZ/ Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana işgüzar səfəri başa çatıb.

“Report” İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən bildirir ki, nümayəndə heyətinə İqtisadiyyat və Sənaye, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, SOCAR, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərenerji” ASC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Mərkəzi Bankın yüksək vəzifəli nümayəndələri və iş adamları daxil olub.

İranın rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin dəvəti əsasında həyata keçirilmiş səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İran prezidenti Həsən Ruhani tərəfindən qəbul edilib, bir sıra görüşlər keçirilib.

Səfər çərçivəsində M.Vaezi, İranın neft naziri Bijən Namdar Zəngənə, İranın nəqliyyat və şəhərsalma naziri Abbas Əhməd Axundi və İranın iqtisadi məsələlər və maliyyə naziri Əli Teyyibniya ilə bir sıra görüşlər keçirilib.

Ə.Teyyibniya ilə keçirilən görüşdə iqtisadi-ticarət, maliyyə, bankçılıq, sığorta, investisiya qoyuluşu sahələrində əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilib, qarşılıqlı investisiya qoyuluşunun həyata keçirilməsinə dair işçi qrupunun yaradılması qərara alınıb.

Nəqliyyat və şəhərsalma naziri A.Ə.Axundi ilə keçirilmiş görüşdə nazir Ş.Mustafayev Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin imkanları barədə məlumat verib. Görüşdə Şimal-Cənub dəmir yolu layihəsinin hər iki ölkə üçün əhəmiyyəti vurğulanıb, bu sahədə müvafiq işçi qrupunun yaradılması barədə razılıq əldə edilib. 

Son xəbərlər

Orphus sistemi