Yuxarı

Azərbaycan-Niderland biznes forumu keçiriləcək

İqtisadiyyat və Sənaye Nazirliyində görüş keçirilib

Bakı. 9 aprel. REPORT.AZ/ Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Niderland Krallığının Azərbaycandakı səfiri Robert Jan Qabrielseni qəbul edib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib. 

Görüşdə Azərbaycan və Niderland Krallığı arasında əlaqələrin uğurla inkişaf etdiyi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün ölkələrimizin böyük potensiala malik olduğu vurğulanıb. Görüşdə əlaqələrin genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib, Azərbaycan nümayəndə heyətinin aprel ayında Niderlanda nəzərdə tutulan səfəri və səfər çərçivəsində Azərbaycan-Niderland biznes forumunun təşkili məsələlərinə dair müzakirələr aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi