Yuxarı

Azərbaycan Mərkəzi Gömrük Ekspertizası İdarəsi beynəlxalq akkreditasiyadan keçib

Akkreditasiya Latviya Milli Akkreditasiya Bürosunun qərarı əsasında verilib

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsi ISO/IEC 17025:2005 beynəlxalq standartı üzrə akkreditasiyadan keçib. Bu barədə "Report"a DGK-nin mətbuat xidmətindən məlumat verilib.

Akkreditasiya Latviya Milli Akkreditasiya Bürosunun qərarı əsasında verilib. ISO/IEC 17025:2005 standartına uyğun akkreditasiya almış laboratoriyaların rəyləri beynəlxalq səviyyədə tanınır və belə akkreditasiya bütün dünyanın nüfuzlu və etibarlı laboratoriyalarına verilir.

Bu standarta layiq olmaq üçün DGK Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən menecment sisteminin yaradılması ilə əlaqəli bir sıra tədbirlər görülduyu deyilir.

DGK Mərkəzi Gömrük Ekspertizası İdarəsinin akkreditasiya sahəsinə 10 analitik metod - müxtəlif içkilərdə dəmir və mis kimi toksiki elementlərin, benzol və sorbin turşusu kimi konservantların təyini, qoz-fındıq məhsullarında aflatoksin B1, B2, G1, G2 və onların cəminin müəyyən edilməsi, qida məhsullarında və heyvan yemində bağırsaq çöpü, bakterioloji çirklənmə, kif və maya göbələklərinin və salmonella bakteriyalarının təyini daxildir.

Qeyd edək ki, akkreditasiya LATAK Beynəlxalq Akkreditasiya Bürosunun nümayəndələri tərəfindən DGK Mərkəzi Laboratoriyasının ekspert qiymətləndirilməsi əsasında verilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi