Yuxarı
    Bağlamaq

    ​Azərbaycan Mərkəzi Bankı kotirovka sorğuları elan edib

    Kotirovka sorğuları üzrə təklif zərfləri avqustun 20-dək təqdim edilməlidir

    Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) inzibati və ofis binalarında istilik qazanlarına, çillər qurğularına, havalandırma sistemləri aqreqatlarına və sair avadanlıqlara servis xidmətinin göstərilməsi, mebel avadanlıqlarının alınması, Mərkəzi Bankın inzibati və 2 saylı xəzinə binalarında təmir-bərpa işlərinin görülməsi və spektr proqram təminatı üçün lisenziyaların alınması üzrə kotirovka sorğusu elan edib. Bu barədə "Report"a AMB-dən məlumat verilib.

    Məlumata görə, inzibati və ofis binalarında istilik qazanlarına, çillər qurğularına, havalandırma sistemləri aqreqatlarına və sair avadanlıqlara servis xidmətinin göstərilməsi məsələsi üzrə iştirak haqqı 20 manat, spektr proqram təminatı üçün lisenziyaların alınması məsələsi üzrə isə 10 manat təşkil edir.

    Kotirovka sorğuları üzrə əsas şərtlər toplusunu iştirak haqqının ödənilməsini təsdiq edən sənədləri təqdim edilməklə əlaqələndirici şəxsdən əldə etmək olar.

    Kotirovka sorğuları üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri avqustun 20-dək AMB-nin Bülbül prospekti, 40 ünvanında yerləşən ofisində qəbul ediləcək, avqustun 21-də isə həmin ünvanda açılacaq.

    Sorğu ilə bağlı əlavə məlumat almaq üçün (+994 12) 493 89 23 (daxili 152) nömrəli telefonla əlaqə saxlamaq olar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi