Yuxarı

Azərbaycan Mərkəzi Bankı inkassasiya maşınlarının alınması üçün tender keçirir

Tender proseduru iyunun 1-də keçiriləcək

Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) nağd pul və qiymətlilərin daşınması üçün 2 ədəd inkassasiya və 2 ədəd təhlükəsizlik avtomobillərinin satın alınması ilə əlaqədar "Dövlət satınalınmaları haqqında" qanununa müvafiq olaraq açıq tender keçirir. "Report"un verdiyi xəbərə görə, tender proseduru 1 iyun 2016-cı il saat 15:00-da Mərkəzi Bankın inzibati binasında baş tutacaq.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatının 31 may 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədlər isə ən geci mayın 20-si saat 18:00-a qədər AMB-nin inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir.

İddiaçılar tender iştirak haqqı kimi Mərkəzi Bankın hesabına 150 manat vəsait köçürməlidir. Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə AMB-nin rəsmi məzənnəsi ilə ABŞ dollarında ödəyə bilərlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi