Yuxarı

"Azərbaycan Mərkəzi Bankı haqqında" qanuna dəyişiklik edilib

Dövlət borcu haqqında qanun da dəyişib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Milli Məclis "Azərbaycan Mərkəzi Bankı haqqında" qanuna və "Dövlət borcu haqqında" qanuna dəyişiklik edib. 

"Report" xəbər verir ki, birinciyə edilmiş dəyişikliyə əsasən, bundan sonra "Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq Azərbaycan Mərkəzi Bankı Əmanətlərin Sığortalanması Fonduna (ADİF) dövlət zəmanəti ilə təmin olunmuş kredit verəcək. Bu məqsədlə AMB haqqında qanuna bənd əlavə edilib. 

Bununla əlaqədar "Dövlət borcu haqqında" qanun da bir bənd əlavə olunub. 

Xartırladaq ki, ADİF-in borc alması və bunun  dövlət zəmanəti ilə təmin olunması qaydası "Əmanətlərin sığortalanmsı haqqında" qanunla tənzimlənir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi