Bakı. 28 aprel.
Onun sözlərinə görə, mənzil fondunun 93%-i (157, 0 mln. kv. m) əhalinin şəxsi mülkiyyətindədir və bu, mühüm göstəricidir: "Bu fondun 53,3%-i şəhər, 46,7%-i kənd mənzil fonduna aiddir. Hazırda orta hesabla 1 sakinə düşən mənzil sahəsi 18 kv. metr təşkil edir".
Yaşayış sahəsinin saxlanma haqqının (2 qəpik) bu sahədə xərcləri tam ödəmədiyini deyən N.Qasımov qeyd edib ki, hər il dövlət büdcəsindən zərərin ödənilməsi və təmir işləri üçün 28-30 mln. manat həcmində vəsait ayrılır.
N.Qasımov mənzil-kommunal siyasəti sahəsində aparılan işlər barədə ümumi məlumat verərək bildirib ki, İqtisadiyyat Nazirliyi mənzil-kommunal sahədə islahatların aparılması üçün bir sıra normativ sənədlər hazırlayıb: "Mənzil-kommunal sahəsinin inkişafına dair Tədbirlər Planı hazırlanıb. Bu sənədin son variantı aidiyyəti qurumların rəyi ilə birlikdə Dünya Bankına təqdim edilib. Sənəd artıq Vaşinqtondadır və nəzərdən keçirilir. Layihə formasında olan bu sənəd əsasən texniki yardımı nəzərdə tutur".