“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC prezidentin sərəncamının icrasına başlayıb

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC prezidentin sərəncamının icrasına başlayıb Bakı. 10 dekabr. REPORT.AZ/ “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Prezident İlham Əliyevin bu il noyabrın 5-də imzaladığı “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamının icrasına başlayıb.
İnfrastruktur
10 Dekabr , 2018 11:44
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC prezidentin sərəncamının icrasına başlayıb

Bakı. 10 dekabr. REPORT.AZ/ “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Prezident İlham Əliyevin bu il noyabrın 5-də imzaladığı “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamının icrasına başlayıb.

Bu barədə “Report”a qurumdan bildirilir.

Xatırladaq ki, sözügedə sərəncam əhalisi 26 265 nəfər olan 20 yaşayış məntəqəsinin 1 050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsini və qazılmasını nəzərdə tutur.

“Quyuların yerləri dəqiqləşdirilərək layihə-smeta sənədləri hazırlanıb və podrat təşkilatlarla müqavilələr imzalanıb”, - deyə məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi